×
A
A
A
Sazlamalar

Muxtar respublikada qazlaşdırma işləri uğurla davam etdirilir

Naxçıvan, 6 avqust, AZƏRTAC 

Bu ilin ilk altı ayı ərzində muxtar respublika üzrə təbii qaz istehlakçılarının ümumi sayı 90 min 436 olub, bunun da 87 min 739-u əhali, 2 min 697-si isə qeyri-əhali abonentidir. Müraciətlərə əsasən 431 mənzil (ev) və müxtəlif təyinatlı obyektlər qazlaşdırılıb ki, bunun 389-u əhali, 42-si isə qeyri-əhali abonentlərdir.
Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, muxtar respublikanın şəhər, rayon Qaz İstismar idarələrinin qəza dispetçer sahələrində 2020-ci ilin 6 ayı ərzində 5 min 722 çağırış daxil olub.
Bu dövrdə xidmətin “Servis” stansiyasında istismardan çıxarılan nasaz smart-kart tipli məişət qaz sayğacları diaqnostik müayinə və kompüter vasitəsilə test edilərək ortaya çıxan problemlər aradan qaldırmaqla 358 smart-kart tipli elektron məişət qaz sayğacı istismara yararlı vəziyyətə gətirilib. Eyni zamanda, əhali qrupundan olan abonentlərin mexaniki qaz sayğaclarının kənar müdaxilələrdən qorunması üçün 221 mühafizə qutusu quraşdırılıb. Naxçıvan şəhərində mexaniki qaz sayğaclarının smart-kart tipli qaz sayğacları ilə əvəzlənməsi istiqamətində işlər davam etdirilib.

Regionlar 2020-08-06 18:16:00