Finlandiyalı sürücüsü Valtteri Bottas “Mercedes” komandası ilə yeni müqavilə imzalayıb
Bakı, 6 avqust, AZƏRTAC
Formula 1 pilotu Valtteri Bottas “Mercedes” komandası ilə yeni müqavilə imzalayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə komandanın mətbuat xidmətindən məlumat verilib.
Otuz yaşlı sürücü ilə razılaşma 2021-ci il mövsümü üçün nəzərdə tutulub. Növbəti mövsümdə o, artıq beşinci dəfə “Mercedes”in heyətində yarışacaq. Ötən illər ərzində V.Bottas 12 poul qazanıb, 39 dəfə podiuma yüksəlib (8 qələbə).
Onun “Mercedes”i təmsil etməyə başladığı mövsümdən bu yana komanda, ardıcıl olaraq Konstruktorlar kubokunun qalibi olub. Fərdi yarışda V.Bottas ikinci (2019-cu il) və üçüncü (2017-ci il) yerləri tutub.
Bu mövsüm finlandiyalı pilot 58 xalla ikinci yerdədir. Onun komanda yoldaşı Luis Hamilton isə 88 xalla liderdir.
Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun ikinci gününə start verilib
“Rik və Morti” animasiya serialının rəssamı “GameSummit 2024” üçün Bakıya gəlir
Aslan Kərimov: Rinat Abdaşov hava limanından otelə qədər başı şampunlu getdi
Premyer Liqa: “Qəbələ” “Qarabağ”ın, “Neftçi” “Zirə”nin qonağı olacaq