×
A
A
A
Sazlamalar

“Virtual məktəb”də növbəti vebinar: 3D Dünyamız

Bakı, 6 avqust, AZƏRTAC

“Virtual məktəb”də şagirdlər üçün “3D Dünyamız” adlı vebinar keçiriləcək.
Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsindən AZƏRTAC-a bildirilib ki, avqustun 12-də təşkil olunacaq vebinarda 3D sənətinin mahiyyəti və hansı sahələrdə istifadə olunması mövzuları müzakirə ediləcək. Şagirdlər vebinarın sonunda müsabiqədə iştirak edərək hədiyyə qazana bilərlər.

Elm və təhsil 2020-08-06 18:01:00