×
A
A
A
Sazlamalar

Masallıda kartof yığımı başa çatıb

Masallı, 6 avqust, Bağır Əliyev, AZƏRTAC

Kartofçuluq Masallı rayonunda ənənəvi təsərrüfat sahələrindəndir. Rayonda kartofçuluqla məşğul olan fermerlər və məhsul istehsalçıları sahələrdə bol məhsul yetişdiriblər.
Masallı Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, bu il rayonda 880,5 hektar sahədə əkilmiş kartof sahəsindən 15 min 303,5 ton faraş məhsul yığılıb. Kartofun hər hektarından götürülən məhsuldarlıq 173,8 sentner təşkil edib.
Qeyd edək ki, ötən il Masallıda 844,5 hektar kartof sahəsindən 14 min 677,4 ton məhsul yığılıb.

Kənd təsərrüfatı 2020-08-06 18:00:00