×
A
A
A
Sazlamalar

Bolqarıstanda koronavirusa yoluxmalar artır

Sofiya, 6 avqust, AZƏRTAC 

Bolqarıstanda sutka ərzində koronavirusa 303 yeni yoluxma halı baş verib. AZƏRTAC Bolqarıstanın xəstəliklə əlaqədar yaradılan operativ qərargahına istinadən xəbər verir ki, ölkədə koronavirusa yoluxanların sayı 12717 nəfərə çatıb. 7154 nəfər sağalıb. 424 nəfər ölüb. Xəstəxanalarda 872 nəfər müalicə olunur, 44 nəfər reanimasiya şöbəsində yerləşdirilib.
Qeyd edək ki, Bolqarıstanda xəstələrin sayının çoxalması hökumət tərəfindən yeni məhdudiyyətlərin qəbul etməsi ilə nəticələnə bilər.

İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Sofiya

Dünya 2020-08-06 17:49:00