×
A
A
A
Sazlamalar

Gəmiçilikdə mütəmadi dezinfeksiya işləri aparılır

Bakı, 6 avqust, AZƏRTAC

“Azərbaycanda yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair fəaliyyət planı”nın icrasını təmin etmək məqsədilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) profilaktik tədbirləri davam etdirir.
ASCO-dan AZƏRTAC-a bildirilib ki, müəyyənləşdirilmiş qrafikə uyğun olaraq növbəti dezinfeksiya işləri “Akademik Topçubaşov”, “Akademik Həsən Əliyev”, “Bərdə”, “Bəstəkar Qara Qarayev”, “Atlet-2”, “Zəfər”, “PS-158”, “Ağdərə-4”, “PSK-38”, “MPK-455”, “Ağdərə-7” gəmilərində aparılıb.
Dezinfeksiya bu sahədə ixtisaslaşmış və müvafiq lisenziyaya malik şirkət tərəfindən həyata keçirilib. Proses ASCO-nun Sosial inkişaf və nəqliyyat şöbəsinin əməkdaşlarının nəzarəti ilə yerinə yetirilib.

Nəqliyyat 2020-08-06 17:13:00