×
A
A
A
Sazlamalar

İyul ayında 2 milyon 300 min nəfərə pensiya, müavinət, təqaüd və ünvanlı sosial yardım ödənilib

Bakı, 6 avqust, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən iyul ayında ümumilikdə 2 milyon 300 min nəfərə sosial təminat növləri üzrə ödənişlər həyata keçirilib.
Onlardan 1 milyon 260 min nəfərinə pensiya, 423 min nəfərinə müavinət, 298 min nəfərinə təqaüd, 350 min nəfərinə (85 min ailə) ünvanlı dövlət sosial yardımı ödənilib.
İyul ayında qeyd edilən sosial təminat növləri üzrə ödəniş alanların sayı 2019-cu ilin iyul ayı ilə müqayisədə 3,3 faiz və ya 73 min nəfər çox olub.
Həmçinin ötən ay pensiya, müavinət, təqaüd və ünvanlı sosial yardımların maliyyələşdirilməsinə 2019-cu ilin iyul ayına nisbətən 24,1 faiz və ya 91 milyon manat çox olmaqla 468 milyon manat vəsait yönəldilib.

Sosial 2020-08-06 15:36:00