×
A
A
A
Sazlamalar

Baş Dövlət Yol Polisi İdarəsi texniki baxışla bağlı hüquqi və fiziki şəxslərə müraciət edib

Bakı, 6 avqust, AZƏRTAC 

Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi ilə əlaqədar hüquqi və fiziki şəxslərə müraciət edib.
İdarədən AZƏRTAC-a verilən məlumata görə, şəxslərin yaşayış yerini və olduğu yeri SMS icazə, xidməti vəsiqə, “icaze.e-gov.az” portalı vasitəsilə tərk etmək sisteminin avqustun 5-dən ləğv edildiyi nəzərə alınaraq, Baş Dövlət Yol Polisi İdarəsi istifadəsində olan nəqliyyat vasitələrinin texniki baxışdan keçmə müddətinin bitməsi ilə bağlı SMS məlumat almış avtomobil sürücülərinin və sahiblərinin diqqətinə çatdırır ki, sərtləşdirilmiş karantin rejimi tətbiq edilmiş Bakı, Sumqayıt və Abşeron rayonu ərazisində yaşayan sakinlər paytaxtın Sabunçu rayonu ərazisində yerləşən Texniki Müayinə Mərkəzində və ya Sumqayıt Regional qeydiyyat-imtahan və texniki baxış şöbəsində, avtomobillərini texniki baxışdan keçirmək üçün sərtləşdirilmiş karantin rejimi tətbiq edilmiş inzibati ərazilərə getmək məcburiyyətində olmayan digər şəhər və rayon sakinləri isə yaşadıqları ərazinin aid olduğu BDYPİ-nin regional qeydiyyat-imtahan və texniki baxış şöbələrində nəqliyyat vasitələrini texniki baxışa təqdim etməlidirlər.

Sosial 2020-08-06 14:24:00