×
A
A
A
Sazlamalar

Almaniya öz vətəndaşlarının Türkiyəyə gedişinə məhdudiyyətləri ləğv edib

Berlin, 6 avqust, AZƏRTAC

Almaniyanın federal hakimiyyət orqanları ölkə sakinlərinin Türkiyədə populyar turizm istiqamətlərinə səfərləri barədə məhdudiyyətləri ləğv edib.
AZƏRTAC xəbər verir ki, bundan əvvəl Türkiyənin Antalya, Muqla, İzmir və Aydın bölgələrinə səfərlər qadağan edilmişdi. İndi isə, Almaniya hökuməti həmin rayonları səyahətlər və istirahət üçün nisbətən təhlükəsiz hesab edir. Bununla belə, turistlər Aİ-yə, öz vətənlərinə qayıdandan sonra koronavirus testlərinin nəticələrini təqdim etməli olacaqlar. Testləri Türkiyə otellərində cəmi 25 dollara vermək olar və onun nəticələri 48 saat müddətində etibarlıdır.
Bu qərar Türkiyə və AFR hökumətləri arasında müvafiq danışıqlardan sonra qəbul edilib.

Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin 

Turizm 2020-08-06 11:56:00