×
A
A
A
Sazlamalar

“Instagram”da qeydiyyatdan keçərək narkotik vasitələrin qəbulunu təbliğ edən videolar yayan şəxs həbs olunub VİDEO

Bakı, 6 avqust, AZƏRTAC 

“Instagram” sosial şəbəkəsində profil açaraq narkotik vasitələrin qəbulunu təbliğ edən videolar yayan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində həmin profil səhifəsinin sahibi Bərdə rayon sakini Sənan Ağayev saxlanılıb.
Həmin şəxs ifadəsində sosial şəbəkədə narkotik vasitələrin qəbulunu təbliğ etdiyini etiraf edib. Ekspertizaların nəticəsində Sənan Ağayevin mütəmadi olaraq narkotik vasitə və psixotrop maddələr qəbul etdiyi müəyyənləşdirilib.
Bərdə Rayon Məhkəməsinin qərarına əsasən Sənan Ağayev İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində bir ay müddətinə inzibati həbs cəzası tətbiq edilib.

Hadisə 2020-08-06 13:37:00

Video