×
A
A
A
Sazlamalar

Peşə təhsili üzrə qiymətləndirilmədə qeyri-məqbul nəticə göstərənlər təkrar müraciət edə bilər

Bakı, 6 avqust, AZƏRTAC 

Vətəndaşların peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə etdikləri bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi nəticəsində qeyri-məqbul nəticə göstərən ərizəçi istəyindən asılı olaraq, müvafiq peşə təhsili müəssisələrində təlim prosesinə yönəldilə bilər.
AZƏRTAC xəbər verir ki, bu, Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənən “Vətəndaşların peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə etdikləri bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması məqsədilə imtahanın keçirilməsi və onlara peşə ixtisasını təsdiq edən sənədin verilməsi Qaydası”nda öz əksini tapıb.
Qaydaya əsasən bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi nəticəsində qeyri-məqbul nəticə göstərən ərizəçinin 6 (altı) aydan sonra eyni modul üzrə qiymətləndirilmə üçün Təhsildə Keyfiyyət Təminatı Agentliyinə təkrar müraciət etmək imkanı var.

Elm və təhsil 2020-08-06 13:07:00