×
A
A
A
Sazlamalar

Qırğızıstanda koronavirusa yoluxanların sayı 39 minə çatıb

Bişkek, 6 avqust, АZƏRTAC

Son gündə Qırğızıstanda COVID-19 koronavirusuna yoluxanların sayı 549 nəfər artaraq 38 min 659-a çatıb. Bunun 162-si Bişkekin payına düşür.
AZƏRTAC Qırğızıstan Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, son 24 saat ərzində bu virusdan 9 nəfər ölüb, pandemiya dövründə vəfat edənlərin sayı 1447 nəfərdir.
Bildirilib ki, son gündə 37, indiyədək isə 2 min 911 tibb işçisi bu virusa yoluxub.
Qeyd olunub ki, ötən gecə Moskvadan Bişkekə 150, Oş şəhərinə isə 339 Qırğızıstan vətəndaşı gətirilib.

Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek

Dünya 2020-08-06 12:42:00