×
A
A
A
Sazlamalar

Dövlət qulluğuna qəbul olmaq üçün ilk dəfə imtahan verənlərdən 11-i müvəffəqiyyət əldə edib

Bakı, 6 avqust, AZƏRTAC

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş şəxslərdən 52-si ilk dəfə dövlət qulluğuna qəbul olmaq istəyənlərdir.
Dövlət İmtahan Mərkəzindən (DİM) AZƏRTAC-a bildirilib ki, onlardan 11 nəfər imtahanda uğur qazanıb.
Xatırladaq ki, DİM tərəfindən avqustun 3-də inzibati vəzifələrin A növünə aid olan AA, AB və AC qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğuna qəbul imtahanı keçirilib. Qeydiyyatdan keçmiş 97 namizəddən 16-sı müvəffəqiyyət əldə edib.

Elm və təhsil 2020-08-06 12:38:00