×
A
A
A
Sazlamalar

ABŞ və Avropa ölkələrinin kibertəhlükəsizlik üzrə birgə təlimlərində Yaponiya da iştirak edəcək

Tokio, 6 avqust, AZƏRTAC

Yaponiya hökuməti cari ilin payızında ABŞ, Avstraliya və bir sıra Avropa ölkələrinin kibertəhlükəsizliklə bağlı təşkil edəcəyi birgə təlimlərdə iştirak etmək barədə qərar qəbul edib.
AZƏRTAC xəbər verir ki, bu barədə avqustun 6-da Yaponiyanın böyük oxucu auditoriyasına malik olan “The Yomiuri Shimbun” qəzeti məlumat yayıb.
Bildirilir ki, təlimlər zamanı senariyə əsasən energetika və məlumatların ötürülməsi ilə məşğul olan dövlət müəssisələrinə kütləvi kibernetik hücumun qarşısının alınması nəzərdə tutulur. İlkin olaraq təlim iştirakçılarının Tokioya gəlməsi planlaşdırılsa da, koronavirusun yayılması ilə əlaqədar təlimlər videokonfrans formatında keçirilə bilər.
Təlimlərdə ABŞ, Fransa, Böyük Britaniya və Avstraliyanın iştirak edəcəyi planlaşdırılır. Yaponiya bu təlimlərə ilk dəfə qatılacaq.

Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio 

Dünya 2020-08-06 12:19:00