×
A
A
A
Sazlamalar

AMEA YT Parkla STEPI arasında həyata keçirilən layihənin icra vəziyyəti müzakirə olunub

Bakı, 6 avqust, AZƏRTAC

AMEA-nın Yüksək Texnologiyalar Parkı (YT Park) və Cənubi Koreyanın Elm və Texnologiya Siyasəti İnstitutu (STEPI) arasında birgə əməkdaşlıq çərçivəsində həyata keçirilən “Azərbaycanda texnologiya transferi və elmin kommersiyalaşdırılmasının təşviqi” layihəsinin icra vəziyyəti ilə bağlı müzakirələr aparılıb.
Akademiyadan AZƏRTAC-a bildirilib ki, YT Parkda keçirilən görüşdə 2019-2020-ci illərdə iki qurumun birgə reallaşdırdığı layihənin mövcud vəziyyəti, görülən işlər və əldə edilən nəticələrlə bağlı hesabat verilib. Qeyd edilib ki, layihə ilə bağlı aralıq hesabatın ilkin variantı YT Parkın ekspertləri tərəfindən STEPI-yə təqdim edilib. Layihənin növbəti mərhələsində hər iki ölkənin ekspertlərinin iştirakı ilə aralıq hesabatın onlayn formatda müzakirəsi nəzərdə tutulur.
Həmçinin iclasda cari ay ərzində tərəflərin birgə təşkilatçılığı ilə keçirilməsi nəzərdə tutulan seminara dair təkliflər irəli sürülüb. Tədbirdə “Texnoparkların rəqəmsallaşdırılması”, “Texnoparklar üçün biznes modeli”, “Texnoparkların maliyyələşmə mexanizmləri”, “Texnoparklarda klasterlərin inkişafı” və “Texnoparklara rezidentlərin cəlb edilməsi” kimi mövzular üzrə koreyalı ekspertlərin mühazirələrinin dinlənilməsi qərara alınıb.

Elm və təhsil 2020-08-06 12:06:00