×
A
A
A
Sazlamalar

İnzibati rəhbər vəzifələr üzrə test imtahanında daha çox gənclər uğur qazanıblar

Bakı, 6 avqust, AZƏRTAC

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçən namizədlərin 67-si kişi, 30-u isə qadın olub.
Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, onların 78-i 20-39 yaş intervalında olanlardır. Bu namizədlərdən 15-i imtahanda uğur qazanıb. Daha yuxarı yaş qrupuna aid olan 19 namizəddən yalnız 1 nəfər lazımi nəticəni toplaya bilib.
Xatırladaq ki, Dövlət İmtahan Mərkəzi tərəfindən avqustun 3-də inzibati vəzifələrin A növünə aid olan AA, AB və AC qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğuna qəbul imtahanı keçirilib.

Elm və təhsil 2020-08-06 12:00:00