×
A
A
A
Sazlamalar

Ermənistanda koronavirusa yoluxanların sayı 40 minə çatır

Tbilisi, 6 avqust, AZƏRTAC

Ermənistanda koronavirusa yoluxanların sayı yenə də artıb.
Son sutka ərzində Ermənistanda daha 233 nəfər koronavirusa yoluxub.
AZƏRTAC xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası Milli Mərkəzi məlumat yayıb.
Bildirilir ki, hazırda Ermənistanda COVID-19 xəstələrinin sayı 39 min 919 nəfərə çatıb.
Ermənistanda pandemiya qurbanlarının ümumi sayı da artaraq 772 nəfərə çatıb.
Hazırda Ermənistanda 7 min 263 aktiv koronavirus xəstəsi var.

 

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Dünya 2020-08-06 11:58:00