×
A
A
A
Sazlamalar

“AzScienceNet” şəbəkəsinin yarandılmasının 40 ili tamam olur

Bakı, 6 avqust, AZƏRTAC

2021-ci ildə AMEA İnformasiya Texnologiyaları İnstitutunun nəzdində fəaliyyət göstərən “AzScienceNet” şəbəkəsinin 40 ili tamam olacaq.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, Respublika Hesablama Mərkəzini birləşdirən verilənlərin ötürmə şəbəkəsi (Akademset şəbəkəsi) ötən əsrin 80-ci illərində yaradılıb. Qırx ilə yaxındır ki, fəaliyyət göstərən “AzScienceNet” bu gün AMEA-nın institut və təşkilatlarını elmi-tədqiqat, elmi-praktiki və tədris məsələlərinin həyata keçirilməsi zəruri olan müasir şəbəkə xidmətləri ilə təmin edir. Bu şəbəkə Azərbaycan elmi-tədqiqat və təhsil mühitinin Avropa fəzasına inteqrasiyasında mühüm rol oynayır.

Elm və təhsil 2020-08-06 11:55:00