×
A
A
A
Sazlamalar

Ağdaşda tibbi maskadan istifadə etməyən şəxslər cərimələniblər

Bakı, 6 avqust, AZƏRTAC 

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə rayon ərazisində tədbirləri davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, qapalı məkanlarda tibbi maskadan istifadə etməyən şəxslərə qarşı reyd keçirilib. Mağazalarda bəzi satıcı və müştərilərin tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etmədiyi aşkarlanıb. Onların barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə protokolu tərtib olunub. Həmçinin şöbənin Dövlət Yol Polisi bölməsi əməkdaşlarının ictimai nəqliyyatda keçirdikləri reydlər zamanı burada da tibbi maskadan istifadə etməyən bir neçə sürücü və sərnişinə rast gəlinib. Həmin şəxslər barəsində də qanunamüvafiq tədbirlər görülüb.

Hadisə 2020-08-06 11:48:00