×
A
A
A
Sazlamalar

Xəzər rayonunun Zirə qəsəbəsində abadlıq-quruculuq işləri davam etdirilir

Bakı, 6 avqust, AZƏRTAC
Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar Azərbaycanda yaranmış mövcud çətinliklərə baxmayaraq, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən tədbirlər çərçivəsində ölkəmizdə irimiqyaslı layihələr reallaşdırılır. Bu layihələr arasında abadlıq-quruculuq işləri xüsusi yer tutur.
Xəzər Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, dövlətimizin başçısının tapşırığı ilə respublikamızda, o cümlədən Bakı və Bakıətrafı qəsəbələrin ayrı-ayrı yaşayış massivlərində abadlıq-quruculuq işlərinin davamlı olaraq həyata keçirilməsi nəticəsində qəsəbədaxili yollar genişləndirilir, yeni yaşıllıq zolaqları salınır, mövcud parklar, küçə və prospektlər abadlaşdırılır.
Respublikamızın hər yerində olduğu kimi, Xəzər rayonunda da bu istiqamətdə işlər uğurla davam etməkdədir. Belə ki, rayonda sakinlərin rahat gediş-gəlişinin təmin olunması üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Zirə qəsəbəsində, Yeni Yaşayış sahəsi adlanan ərazidə (kanala paralel), digər qəsəbədaxili küçələrdə və Tərəvəzçilik-südçülük sovxozu ərazisində asfaltlama işlərinə başlanılıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən təmir-tikinti işlərinin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.
Yerli sakinlər qəsəbədə gedən tikinti-quruculuq və genişmiqyaslı abadlıq işlərinə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildirirlər.

Cəmiyyət 2020-08-06 11:31:00