Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Dövlət Neft Fondu bu il “Şahdəniz” yatağı üzrə 215,5 milyon dollar gəlir əldə edib

Bakı, 6 avqust, AZƏRTAC

İlin əvvəlindən avqust 1-dək Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) “Şahdəniz” yatağı üzrə təbii qaz və kondensat satışından əldə etdiyi gəlir 215,5 milyon dollar olub.
Bu barədə AZƏRTAC-a ARDNF-in İctimaiyyətlə əlaqələr departamentindən bildirilib. Qeyd olunub ki, yanvar-iyul aylarında Neft Fondunun, o cümlədən “Şahdəniz” üzrə kondensatın satışından əldə olunan gəliri isə 149 milyon dollar təşkil edib.

Neft - qaz 2020-08-06 11:07:00