×
A
A
A
Sazlamalar

Coğrafiya İnstitutunda landşaft planlaşdırılması istiqamətində tədqiqatlar aparılır

Bakı, 6 avqust , AZƏRTAC

AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşları karantin rejimi şəraitində COVID-19 pandemiyasının yayılmasına təsir edən landşaft planlaşdırılması mövzusunu əhatə edən layihə üzərində işləyirlər.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, “Roma və Bakı metropol regionlarında landşaft örtüyü dəyişikliklərinin məsafədən zondlama məlumatları və CİS əsasında tədqiqi” adlanan bu layihə AMEA və İtaliya Milli Tədqiqat Şurası arasında imzalanmış elmi əməkdaşlıq proqramı çərçivəsində 2020-2021-ci illər üçün elan edilmiş müsabiqənin qalibidir. Layihənin əsas məqsədi müxtəlif metropol ərazilərdə landşaft örtüyünün dəyişməsini müqayisə etməkdir.
Layihənin nəticələri torpaq örtüyündə gedən dəyişikliyi öyrənməyə, kritik sahələri müəyyənləşdirməyə, daha çox sahələrdə ətraflı tədqiqatlar aparmağa imkan verəcək.

 

Elm və təhsil 2020-08-06 03:30:00