×
A
A
A
Sazlamalar

Rumıniyada koronavirusa yoluxanların sayı artmaqda davam edir

Buxarest, 6 avqust, AZƏRTAC

Rumıniyada koronavirusa yoluxanların sayı artaraq 56 min 550-yə çatıb. Virusa yoluxmuş 28 min 584 nəfər sağalıb.
AZƏRTAC Rumıniya Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, son 24 saat ərzində 1309 yeni yoluxma qeydə alınıb. Koronavirusdan ölənlərin sayı isə 2521-ə çatıb.
Qeyd edək ki, ölkədə COVID-19-la bağlı vəziyyətin gündən- günə kəskinləşməsinə baxmayaraq hələ də çimərliklər, ticarət mərkəzləri, restoranlar fəaliyyət göstərir. Eyni zamanda, qonşu ölkələrdə Bolqarıstanda və Yunanıstanda istirahət edən, Almaniya və İtaliyada yaşayan rumınlar arasında xəstələnənlərin sayının artırması müşahidə olunur. Rumıniya hökuməti vətəndaşları sanitar normalara riayət etməyə çağırır və əlavə tədbirlər üzərində işləyir.

İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest

Dünya 2020-08-06 00:30:00