×
A
A
A
Sazlamalar

Azərbaycanda koronavirusa yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar daha 7883 test aparılıb

Bakı, 5 avqust, AZƏRTAC 

Avqustun 5-də Azərbaycanda koronavirusa yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7883 test aparılıb. Ötən müddət ərzində aparılan testlərin sayı 759 min 229-a çatıb.
Bu barədə AZƏRTAC-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Hazırda müalicəsi davam etdirilən aktiv koronavirus xəstələrinin sayı 3787-ə bərabərdir. Xəstələrdən 255 nəfəri reanimasiyadadır ki, onlardan da 51-i süni tənəffüs cihazına qoşulub.
Xatırladaq ki, avqustun 5-də Azərbaycanda koronavirus infeksiyasına daha 193 yoluxma faktı qeydə alınıb, 492 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış üç nəfər vəfat edib.

 

Səhiyyə 2020-08-05 21:18:00