×
A
A
A
Sazlamalar

Masallı şəhərində 18 küçəyə asfalt döşənəcək

Masallı, 5 avqust, Bağır Əliyev, AZƏRTAC

Pandemiya dövrünün çətinliklərinə baxmayaraq Masallı şəhərində, şəhərdaxili məhəllələrdə, ayrı-ayrı yaşayış məntəqələrində tikinti və abadlıq işləri davam etdirilir, yollar və xiyabanlar əsaslı təmir olunur.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu il Masallı şəhərinin 18 küçəsinə asfalt döşənəcək. Artıq bu istiqamətdə görülən işlərə start verilib. Şəhərin Təbriz, Niyazi, Nəsimi küçələrinə, “Köhnə bazar” istiqamətindəki yollara asfalt döşənir.
Şəhər sakinləri koronavirus infeksiyasının yaratdığı çətinliklərə baxmayaraq, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirirlər.

 

Regionlar 2020-08-05 18:00:00