×
A
A
A
Sazlamalar

Qazaxıstan iyulda “OPEC+” razılaşması üzrə öhdəlikləri artıqlaması ilə yerinə yetirib

Nur-Sultan, 5 avqust, AZƏRTAC
Qazaxıstan iyul ayının yekunlarına görə, “OPEC+” (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azalması üzrə təşəbbüs) razılaşması çərçivəsində neft hasilatını azaltmaq üzrə öhdəliklərini 101 faiz yerinə yetirib.
AZƏRTAC xəbər verir ki, bu barədə Qazaxıstanın Energetika Nazirliyi məlumat verib.
Qeyd edək ki, “OPEC+”a üzv ölkələr arasında bu ilin may-iyul aylarında xam neft hasilatının sutkada 9,7 milyon barrel azaldılması üzrə saziş çərçivəsində Qazaxıstan yeni öhdəliklər götürüb.
Sazişə əsasən, iyulda Qazaxıstanın öhdəlikləri gündə 1,319 milyon barrel təşkil edir. İlkin məlumatlara görə, iyul ayında orta gündəlik hasilat sutkada 1,313 milyon barrel, yəni öhdəliklərin 101 faizini təşkil edib.

İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Nur-Sultan

Neft - qaz 2020-08-05 17:57:00