×
A
A
A
Sazlamalar

Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsində struktur dəyişiklikləri aparılıb

Bakı, 5 avqust, AZƏRTAC

Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsində struktur dəyişiklikləri aparılmaqla onun bazasında daha çevik, mobil və dinamik idarəetməyə malik şöbələr - Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil, Apelyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi, Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi, Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi, Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbələri yaradılıb.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bunu Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev avqustun 5-də videokonfrans rejimində prokurorluq orqanları tərəfindən 2020-ci ilin birinci yarımilində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş əməliyyat müşavirəsindəki məruzəsində bildirib.

Sosial 2020-08-05 17:54:00