×
A
A
A
Sazlamalar

Muxtar respublikada gənclərin asudə vaxtının səmərəli təşkili diqqətdə saxlanılır

Naxçıvan, 5 avqust, AZƏRTAC 

Naxçıvanda ötən ay gənclər arasında “Breyn rinq”, sağlamlıq imkanları məhdud yeniyetmələr arasında isə “Vətəni tanı” intellektual oyunları keçirilib, Gənclər və İdman Nazirliyinin sosial şəbəkələrdəki rəsmi səhifələrində “Mütaliədən qalma!” və “Qəhrəmanlar unudulmur!” adlı aksiyaları davam etdirilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, Naxçıvan Şahmat Mərkəzində şahmat üzrə tempo turniri, 18 yaşadək sağlamlıq imkanları məhdud uşaqlar arasında stolüstü tennis üzrə Naxçıvan Muxtar Respublika birinciliyi, Uzunoba çimərliyində yerləşən voleybol meydançasında “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq!” devizi altında Şərur və Culfa rayon komandaları arasında voleybol, Naxçıvan şəhərindəki “Gənclər” şəhərciyində yerləşən basketbol meydançasında Sədərək və Kəngərli rayon komandaları arasında basketbol üzrə yoldaşlıq görüşləri təşkil olunub.
Sahil Parkında həvəskar gənclər arasında velosiped idman növü üzrə muxtar respublika birinciliyi, Uzunoba gölünün ətrafındakı çimərlik futbolu meydançasında Azərbaycan milli mətbuatının yaranmasının 145 illik yubileyi münasibətilə Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin əməkdaşları ilə Naxçıvan Futbol Federasiyasının əməkdaşları arasında yoldaşlıq görüşü keçirilib.

Regionlar 2020-08-05 17:05:00