×
A
A
A
Sazlamalar

Bakıda narkotik vasitələrin onlayn yolla alğı-satqısını həyata keçirən şəxs saxlanılıb

Bakı, 5 avqust, AZƏRTAC 

Narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs Nərimanov Rayon Polis İdarəsinin 17-ci polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, şöbə əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında keçirdikləri tədbir zamanı Salyan rayon sakini Nicat Nuriyev tutulub. Onun üzərində axtarış aparılan zaman 116 qram heroin və 6 qram metamfetamin aşkar edilərək götürülüb. Araşdırma zamanı Nicat Nuriyevin narkotik vasitələri onlayn yolla tanımadığı və şəxsiyyəti istintaqa məlum olmayan İran vətəndaşından satmaq məqsədilə aldığı müəyyənləşdirilib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, Nicat Nuriyev tutularaq istintaqa təqdim olunub. Zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Hadisə 2020-08-05 16:27:00