×
A
A
A
Sazlamalar

İtaliyada XIX əsrə aid tarixi abidə zədələnib

Roma, 5 avqust, AZƏRTAC

İtaliyada Antnio Kanova muzeyinə gələn bir turist telefonla öz şəklini çəkmək istəyərkən XIX əsrə aid heykəli zədələyib.
AZƏRTAC xəbər verir ki, “Qələbə çalmış Venera” heykəlinin önündə telefonla öz şəklini çəkmək istəyən turist onun barmaqlarını sındırıb. Hadisə barədə məlumat vermədən muzeyi tərk edən turisti tapmaq üçün hazırda kamera qeydləri araşdırılır.
Eyni zamanda, heykəlin bərpası aparılır. Muzeyin şəxsi məlumatında deyilir ki, bu, ilk belə hadisə deyil. Tarixi abidəyə dəyən ziyan böyükdür. Belə faktların çox olduğu təqdirdə, ziyarətçilərə telefonları ilə muzeylərə giriş qadağan oluna bilər.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Roma

Dünya 2020-08-05 16:23:00