×
A
A
A
Sazlamalar

Prokurorluq tarixində ilk dəfə özünüidarəetmə funksiyasını yerinə yetirən ad hoc qurumlar yaradılıb

Bakı, 5 avqust, AZƏRTAC
Azərbaycan Prokurorluğu tarixində ilk dəfə özünüidarəetmə funksiyasını yerinə yetirən ad hoc qurumlar yaradılıb.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bunu Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev avqustun 5-də videokonfrans rejimində prokurorluq orqanları tərəfindən 2020-ci ilin birinci yarımilində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş əməliyyat müşavirəsindəki məruzəsində bildirib.
Müşavirədə Kamran Əliyev Baş Prokurorluğun Kollegiyasının keçirilmə formasının dəyişdirilməsi barədə məlumat verib, onun hüquqi statusunun prokurorluqda idarəçiliyin cavabdehlik, hesabatlılıq və məsuliyyətlilik dəyərlərini özündə əks etdirən kollegial orqan kimi təsbit edildiyini diqqətə çatdırıb.
Baş prokuror vurğulayıb ki, ilk dəfə Baş Prokurorluğun struktur qurumu olmayan, konkret vəzifələrin icrasını həyata keçirən, prokurorluq sistemində özünüidarəetmə funksiyasını yerinə yetirən ad hoc qurumlar olan İntizam Komissiyasının və Etik Davranış Komissiyasının üzvlüyünə namizədlər Baş Prokurorluğun Kollegiyasında müəyyənləşdirilib.

Sosial 2020-08-05 15:50:00