×
A
A
A
Sazlamalar

Çin çempionatı: “Quançjou Everqrand” üçüncü oyunda da qalib gəlib

Bakı, 5 avqust, AZƏRTAC

Futbol üzrə Çin çempionatında üçüncü turun görüşləri keçirilir. İlk iki turda qalib gələn “Quançjou Everqrand” yenidən azarkeşlərini sevindirib.
AZƏRTAC xəbər verir ki, bu dəfə “Şençjen” komandasının qonağı olan “Quançjou Everqrand” oyuna daha yaxşı başlayıb. Birinci hissədə iki qol vurulub. Matçın 28-ci dəqiqədə Vey Şihao hesabı açıb. Çox keçmədən fərq artıb. Bu dəfə Çanq Linpen hədəfdən yayınmayıb. Fasiləyə üstün yollanan qonaqlar 53-cü dəqiqədə mərkəzə dəvət olunublar. Meydan sahiblərindən Con Meri rəqib qapısına yol tapıb - 1:2.
Oyunun sonlarında qonaqların braziliyalı futbolçusu Paulinyo mübarizəyə nöqtə qoyub - 3:1. Bununla da, çıxdığı hər 3 görüşdə qələbə qazanan “Quançjou Everqrand” 9 xalla liderliyini davam etdirir.

 

İdman 2020-08-05 15:44:00