×
A
A
A
Sazlamalar

Sutka ərzində İranda koronavirusdan 185 nəfər ölüb

Tehran, 5 avqust, AZƏRTAC

Son 24 saat ərzində İranda 2 min 697 nəfər koronavirusa yoluxub, 185 nəfər isə vəfat edib.
AZƏRTAC xəbər verir ki, bu barədə İranın Səhiyyə Nazirliyinin açıqlamasında deyilir. Bununla da İranda yoluxanların ümumi sayı 317 min 483 nəfərə, ölənlərin sayı isə 17 min 802-ə çatıb. Xüsusi xəstəxanalarda müalicə alan 274 min 932 nəfər sağalaraq evə buraxılıb. İntensiv terapiya şöbəsində müalicəsini davam etdirən 4 min 129 nəfərin vəziyyəti ağır olaraq qalır.
Tehran daxil olmaqla İranın 14 vilayəti qırmızı zonaya aid edilib.

 

Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran

Dünya 2020-08-05 15:39:00