İstiqlal Muzeyinin əməkdaşları beynəlxalq vebinarda iştirak ediblər
Bakı, 5 avqust, AZƏRTAC
İkinci Dünya müharibəsində Qələbənin əldə olunmasının 75-ci ildönümü münasibətilə Rusiya Federasiyası Böyük Vətən müharibəsi muzeyinin təşkilatçılığı ilə “Açıq mədəniyyət – təhsil forumu “Qələbə” mövzusunda beynəlxalq vebinar keçirilib.
AZƏRTAC xəbər verir ki, Rusiya, Belarus, Tatarıstan və Ermənistan muzeylərinin iştirakı ilə keçirilən vebinarda İstiqlal Muzeyinin direktoru vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra edən Sədi Mirseyibli və baş mühafiz Aida Axundova da iştirak ediblər.
Vebinarda II Dünya müharibəsinə həsr edilmiş ekspozisiyalar ətrafında elmi müzakirələr aparılıb.
Qeyd edək ki, Azərbaycan İstiqlal Muzeyi 2018-ci ilin dekabrında Böyük Vətən müharibəsi muzeyi ilə əməkdaşlıq barədə memorandum imzalayıb və həmin memorandum çərçivəsində İkinci Dünya müharibəsi ilə əlaqədar muzeydə müxtəlif tədbirlər təşkil edilir.
Xətai Sənət Mərkəzində “Müşahidələrin fraqmentləri” adlı fərdi sərgi açılıb
Haaqada UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının 30 illik yubileyi qeyd edilib
Bakıda Qırğız Mədəniyyəti Günləri keçiriləcək
“Xalqın mədəni sərvəti” layihəsi çərçivəsində regionlarda növbəti konsert təşkil edilib
“BakuOperArt” “Sərhədsiz Puşkin” adlı ədəbi-musiqili layihə təqdim edir