×
A
A
A
Sazlamalar

Triatlon üzrə Avropa çempionatı ləğv edilib

Bakı, 5 avqust, AZƏRTAC
Estoniyanın Tartu şəhərində keçirilməsi planlaşdırılan triatlon üzrə növbəti Avropa çempionatı ləğv edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Avropa Triatlon İttifaqının (ETU) rəsmi saytında məlumat verilib. Bu addım koronavirus infeksiyasının yayılması səbəbindən səyahət məhdudiyyətlərinə görə atılıb.
Qeyd edək ki, Azərbaycan millisinin də qitə birinciliyində iştirakı nəzərdə tutulmuşdu.

İdman 2020-08-05 15:14:00