×
A
A
A
Sazlamalar

Estoniyanın Səhiyyə Departamenti ölkədə koronavirusun ikinci dalğasının başladığını açıqlayıb

Bakı, 5 avqust, AZƏRTAC 

Estoniyanın Səhiyyə Departamentinin qiymətləndirməsinə görə, həmin ölkədə COVID-19-a yoluxmanın ikinci dalğası başlayıb.
AZƏRTAC xəbər verir ki, gözləntilərə görə, avqustun 6-da hökumət koronavirusla mübarizə tədbirlərini sərtləşdirəcək. Buna qədər Baş Nazir Yuri Ratas bildirib ki, yoluxma səviyyəsi 2,6-ya çatıb. Baxmayaraq ki, bir ay əvvəl həmin səviyyə 1-ə bərabər idi.

Dünya 2020-08-05 14:35:00