×
A
A
A
Sazlamalar

Nazir: Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində kifayət qədər maliyyə ehtiyatımız formalaşıb

Bakı, 5 avqust, AZƏRTAC
Azərbaycan dövləti hazırda sərəncamda olan bütün maliyyə ehtiyatlarından istifadə edir. Biz heç bir xarici kredit üçün müraciət etməmişik. Yalnız öz vəsaitimizdən istifadə edirik. Bu bir daha göstərir ki, son illərdə Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində kifayət qədər maliyyə ehtiyatımız formalaşıb.
AZƏRTAC xəbər verir ki, bu sözləri Maliyyə naziri Samir Şərifov Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib.
Maliyyə naziri qeyd edib ki, mövcud pandemiya şəraitində iqtisadiyyatımızın əlavə maliyyə dəstəyinə ehtiyacı yaranıb. Bunun üçün maliyyə intizamına ciddi riayət olunmalıdır.

İqtisadiyyat 2020-08-05 12:03:00