×
A
A
A
Sazlamalar

“Fulhem” İngiltərə Premyer Liqasına yüksəlib

Bakı, 5 avqust, AZƏRTAC

İngiltərə Premyer Liqasına yüksəlmək uğrunda pley-offun finalı keçirilib. Həlledici görüşdə “Brentford”la “Fulhem” qarşılaşıb.
AZƏRTAC xəbər verir ki, gərgin idman mübarizəsi şəraitində keçən oyunun ilk hissəsində hesab açılmayıb. Fasilədən sonra da komandalar qapılarını toxunulmaz saxlayıblar.
Qalibi müəyyənləşdirmək üçün təyin olunan əlavə vaxtda isə 3 qol vurulub. Əvvəlcə “Fulhem”in heyətindən Co Brayan hesabı açıb. Çox keçmədən fərq artıb. İyirmi altı yaşlı müdafiəçi dubl edib. Rəqib komandanın gücü isə yalnız 1 qola çatıb. Henrik Dalsqor qapıya yol tapsa da, komandası məğlub olub. Oyunda 2:1 hesabı ilə qalib gələn “Fulhem” Premyer Liqaya vəsiqə əldə edib. Bunu bacaran digər 2 komanda isə “Lids” və “Vest Bromviç”dir.

 

İdman 2020-08-05 11:57:00