×
A
A
A
Sazlamalar

Akademik İradə Hüseynova: AMEA-da vaksinlərlə məşğul olan iki beynəlxalq laboratoriya fəaliyyət göstərir

Bakı, 5 avqust, AZƏRTAC

AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda (MBBİ) vaksinlərlə məşğul olan iki beynəlxalq laboratoriya fəaliyyət göstərir. Bu laboratoriyalarda çalışan mütəxəssislər, həmçinin dünyanın aparıcı elmi-tədqiqat müəssisələrində vaksinlərin hazırlanmasında yaxından iştirak edirlər.
AZƏRTAC xəbər verir ki, bu barədə AMEA-nın vitse-prezidenti, Biologiya və Tibb Elmləri Bölməsinin Elmi şurasının sədri, MBBİ-nin direktoru, akademik İradə Hüseynova “Koronavirus pandemiyası: elmi tədqiqatlardan sağlam gələcəyin təminatına doğru” mövzusunda keçirilən beynəlxalq onlayn konfransda məlumat verib.
Vitse-prezident vurğulayıb ki, MBBİ-də, eləcə də AMEA-nın Genetik Ehtiyatlar İnstitutunda koronavirus genomunun oxunması üçün zəruri olan bütün imkanlar mövcuddur.
İradə Hüseynova bu genomların verilənlər bazalarında olan məlumatlarla müqayisəli təhlil prosesini həyata keçirmək üçün akademiyada yüksəkixtisaslı kadrların fəaliyyət göstərdiyini də bildirib.

Elm və təhsil 2020-08-05 11:50:00