×
A
A
A
Sazlamalar

İranda polis avtomobilinə bomba atılıb

Tehran 5 avqust, AZƏRTAC

İranın Sistan-Bəlucistan vilayətində terror aksiyası törədilib.
AZƏRTAC xəbər verir ki, Zahidan şəhərində polis patrul avtomobilinin qarşısına bomba atılıb.
Yerli mətbuatın yaydığı xəbərlərə görə, terrorçular bombanı atdıqdan sonra qaçaraq hadisə yerindən uzaqlaşıblar. Aksiya nəticəsində avtomobilə zərər dəyib və dörd polis əməkdaşı xəsarət alıb. Onlar xəstəxanaya çatdırılıblar.
Hadisə yerinə gələn İranın xüsusi xidmət orqanları təhqiqat aparırlar. Terror aksiyasını törədən şəxslərin foto-robotu hazırlanıb və onların axtarışı davam edir.

Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran

Dünya 2020-08-05 11:55:00