×
A
A
A
Sazlamalar

Bakıda mənzildən bir milyon manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb

Bakı, 5 avqust, AZƏRTAC 

Yasamal Rayon Polis İdarəsinin 28-ci polis bölməsinə avqustun 4-də rayon ərazisindəki mənzillərin birindən seyfi kəsməklə içərisində olan bir milyon manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə müraciət daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
Oğurluğu törətməkdə şübhəli bilinən ev sahibinin tanışı Bakı şəhər sakini T.Rəhimli təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb. Aparılmış tədbirlərlə onun qızıl-zinət əşyalarını 75 min ABŞ dollarına Göyçay rayon sakini Ə.Salmanova satması müəyyən edilib.
Ə.Salmanov da polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.

Hadisə 2020-08-05 11:52:00