×
A
A
A
Sazlamalar

Göyçayda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb

Bakı, 5 avqust, AZƏRTAC

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin kultivasiyası və qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən şəxsi saxlayıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildiriblər ki, şöbə əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında keçirdikləri tədbirlər nəticəsində rayonun Qəbələ Müskürlü kənd sakini, əvvəllər də məhkum olunmuş Teymur Əmircanov saxlanılıb. Onun kənd ərazisində yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman orada xüsusi qulluq göstərilməklə yetişdirilən 30 çətənə kolu və 1 kiloqram 480 qram qurudulmuş marixuana aşkarlanaraq, maddi sübut kimi götürülüb. Saxlanılan şəxs çətənə kollarını mart ayında əkib-becərdiyini və qulluq göstərdiyini etiraf edib.
Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.

Hadisə 2020-08-05 10:32:00