×
A
A
A
Sazlamalar

Masazır qəsəbəsində qonşusunun evindən oğurluq edən şəxs saxlanılıb

Bakı, 4 avqust, AZƏRTAC 

Abşeron rayonunun Masazır qəsəbəsində fərdi evlərin birindən oğurluq edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, naməlum şəxs evin ikinci mərtəbəsində pəncərəni qıraraq içəri daxil olub və televizor, tozsoran, qızıl-zinət və məişət əşyaları oğurlayıb.
Zərərçəkən hadisə barədə Abşeron Rayon Polis İdarəsinə məlumat verən kimi oğurluğu törədən şəxsin axtarışlarına başlanılıb. Oğurluq etməkdə şübhəli bilinən paytaxt sakini Əvəz Məmmədov keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılıb. O, ifadəsində həmin mənzilin sahibi ilə qonşu olduğunu və narkotik vasitələrə olan asılılığı səbəbindən oğurluq etdiyini bildirib.
Əvəz Məmmədov barəsində Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.

Hadisə 2020-08-04 16:53:00