×
A
A
A
Sazlamalar

Zaqatala rayon sakini silah-sursatı rayon polis şöbəsinə könüllü təhvil verib

Bakı, 4 avqust, AZƏRTAC

Polis əməkdaşları əllərdə qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi məqsədilə növbəti əməliyyat tədbiri keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, polis əməkdaşları tərəfindən aparılan profilaktiki tədbirlər nəticəsində Zaqatala rayonunun Car kənd sakini M.Qurbanov “AK” markalı silahı, 27 patron və bir patron darağını könüllü olaraq rayon polis şöbəsinə təhvil verib.

 

Hadisə 2020-08-04 14:44:00