×
A
A
A
Sazlamalar

Sumqayıt və Abşeronda məişət tullantılarının qalaqlanması faktları aşkarlanıb

Bakı, 4 avqust, AZƏRTAC 

Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları sanitar-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə tədbirləri davam etdirirlər.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, iyulun 31-də Sumqayıt şəhəri və Abşeron rayonu ərazisində keçirilmiş növbəti belə tədbirlər zamanı Novxanı bağlar massivində və kənd ərazisində, “Araz” supermarketin ərazisində məişət tullantılarının qalaqlanması faktları aşkarlanıb.
İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduqlarına görə həmin marketin direktoru E.Əhmədov, Novxanı bələdiyyəsinin sədri Ş.Tağıyev və Sumqayıt bələdiyyəsinin sədri S.Əsədov barəsində protokollar tərtib edilib.
E.Əhmədov 8 min, Ş.Tağıyev və S.Əsədov isə hər biri 3 min manat məbləğində cərimələniblər.
Bu istiqamətdə tədbirlər davam etdirilir.

Hadisə 2020-08-04 14:04:00