×
A
A
A
Sazlamalar

Qazax rayon sakininin ehtiyatsızlıqdan arvadını öldürməsi ilə bağlı cinayət işi başlanıb

Bakı, 4 avqust, AZƏRTAC

Avqustun 4-də saat 01 radələrində Qazax rayonu ərazisində 1973-cü il təvəllüdlü Maral Osmanlının güllələnməsi və aldığı xəsarətlər nəticəsində ölməsi barədə məlumat daxil olub.
Qazax Rayon Prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilir ki, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
İlkin araşdırmalarla müəyyənləşdirilib ki, zərərçəkmişin əri Ayaz Osmanlının təmizlik işləri apararkən təhlükəli ov tüfəngini açmaq istəyərkən barmağının tətiyə toxunaraq atəş açılması nəticəsində qarşısında dayanan arvadı Maral Osmanlıya xəsarət yetirərək, onu ehtiyatsızlıqdan öldürməsinə əsaslı şübhələr yaranıb.
Faktla bağlı Qazax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri həyata keçirilir.

Hadisə 2020-08-04 11:22:00