×
A
A
A
Sazlamalar

Tramp: Bu il ABŞ-da koronavirus əleyhinə vaksinin hazır olacağını düşünürəm

Bakı, 4 avqust, AZƏRTAC

Bu ilin sonunadək ABŞ-da koronavirus əleyhinə vaksinin hazır olacağını düşünürəm.
AZƏRTAC “İnterfaks” agentliyinə istinadla xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ evdə keçirilən brifinqdə bildirib.
“Bu il vaksinin alınmasında uğurla irəliləyirik. Vaksin üzərində iş zamanı sürət və təhlükəsizlik birləşib”, - deyə Tramp vurğulayıb.

Dünya 2020-08-04 06:36:00