×
A
A
A
Sazlamalar

İtaliya futbol çempionatının yeni mövsümünün başlayacağı vaxt açıqlanıb

Bakı, 4 avqust, AZƏRTAC

Futbol üzrə İtaliya çempionatının 2020-2021-ci il mövsümünün başlayacağı tarix açıqlanıb.
AZƏRTAC turnirin rəsmi saytına istinadla xəbər verir ki, yeni mövsüm sentyabrın 19-da start götürəcək. Çempionata mayın 23-də yekun vurulması nəzərdə tutulub. Yeni təqvimə əsasən, Milad bayramında - 3 yanvarda da matçlar təşkil olunacaq.
Qeyd edək ki, A seriyasında koronavirusa görə martdan dayandırılan 2019-2020-ci il mövsümü 3 aydan sonra bərpa edilib və “Yuventus” çempionatın qalibi olub.

 

İdman 2020-08-04 02:33:00