×
A
A
A
Sazlamalar

İngiltərədə dövlət həftənin 3 günü restoranlarda hesabın yarısını ödəyəcək

London, 4 avqust, AZƏRTAC

İngiltərədə dövlət həftənin 3 günü restoranlarda hesabın yarısını ödəyəcək.
AZƏRTAC xəbər verir ki, koronavirus epidemiyasına görə qida və içki sektorunda mübarizə aparan müəssisələrə dəstək vermək üçün hökumətin başlatdığı proqram çərçivəsində, ölkə daxilində 72 min restoran və kafelərdə hesabın yarısı dövlət tərəfindən ödəniləcək.
Maliyyə naziri Rişi Sunak proqramın məqsədinin qida və içki sənayesində 1 milyon 800 min aşpaz, ofisiant və sahibkarları qorumaq olduğunu söyləyib.
Yeni qayda avqust ərzində bazar ertəsi, çərşənbə axşamı və çərşənbə günləri tətbiq olunacaq.

Aynurə Tağıyeva
AZƏRTAC-ın xüsusi müxbiri
London

Dünya 2020-08-04 00:13:00