×
A
A
A
Sazlamalar

Çində kimyəvi məhsullar zavodunda baş verən yanğın zamanı 4 nəfər itkin düşüb

Pekin, 3 avqust, AZƏRTAC

Çinin Hubey vilayətində kimyəvi məhsullar istehsal edən zavodda baş verən yanğın nəticəsində 4 nəfər itkin düşüb, 5 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.
AZƏRTAC yerli hakimiyyət orqanlarının məlumatına istinadla xəbər verir ki, hadisə avqustun 3-də yerli vaxtla saat 17:30 radələrində Siantao şəhərinin Siliuhe qəsəbəsində baş verib. Yanğından sonra yaranan güclü yanğının tüstüsü qəsəbənin ətraf ərazilərindən də görünüb. Dərhal hadisə yerinə cəlb olunan yanğınsöndürənlər bir müddət sonra yanğını nəzarət altına alıblar.
Hazırda itkin düşənlər axtarılır.

 

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri
Pekin

Dünya 2020-08-03 20:10:00